17/06/2019 03:30
728 x 90

Sabunçu və Nizamidə yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslər cərimələndi

img

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 10-da DİN-in Baş İctimai Təhlükəsizlik,  Sabunçu və Nizami Rayon Polis idarələri əməkdaşlarının rayonlar ərazisində keçirdiyi reydlər nəticəsində köşk və mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Sabunçu rayonu ərazisində 4, Nizami rayonu ərazisində isə 2 köşk və mağazanın satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir. 

Son xəbərlər