İyunun 9-da Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini ona məxsus həyət evindən naməlum şəxs və ya şəxslər tərəfindən elektrik naqillərinin oğurlanması barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında ŞPŞ-nin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanıb. “İsti izlər” lə keçirilmiş tədbirlərlə oğurluğu edən şəxsin 22 yaşlı şəhər sakini Bəhruz Səmədov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanaraq Polis Şöbəsinə gətirilib.
Faktla bağlı ŞPŞ-də saxlanan şəxs barəsində cinayət işi başlanıb, istintaq aparılır.