27/06/2019 11:16
728 x 90

İsmayıllıda dörd ton narkotik yandırıldı

img

“Xaş-xaş  2019” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,  rayonun Xanagah kəndi ərazisində çay kənarında  yabanı halda bitmiş, ümumi çəkisi 4 tondan artıq olan 3423 ədəd  narkotik tərkibli çətənə kolları polis əməkdaşları tərəfindən  kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər