Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilən tədbirlər çərçivəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Söhrab Əhmədova məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanıb. Hal şahidlərinin iştirakı ilə həmin sahəyə baxış zamanı oradan yaş çəkisi 1550 qram təşkil edən hündürlüyü 37-118 sm olan 15 ədəd çətənə kolu (kannabis) aşkar olunub.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim edilib.
Dindirilmə zamanı saxlanan şəxs çətənə kollarını mart ayında əkdiyini və şəxsi istifadəsi üçün becərdiyini bildirib.
Faktla bağlı Şabran RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.