DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini E.Qurbanova mayın 28-də Təbriz küçəsində naməlum şəxsin ona zor tətbiq edərək qızıl boyunbağısını aldığını bildirib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şabran rayon sakini Y.Mürsəliyev saxlanıb.
Şəxsi axtarış zamanı ondan “Metamfetamin” preparatı aşkar edilərək götürülüb.
Araşdırma aparılır.