“Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq, Şəki Şəhər/Rayon Polis Şöbəsinin əməkdaşları yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Öyrət kəndi ərazisində vətəndaşa məxsus 5 hektar sahənin müxtəlif yerlərində 200 ədəd yabanı halda bitmiş çətənə kolu aşkar edilib. Həmin narkotik bitkilər yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.