Şirvan Şəhər Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ŞPŞ əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Nəriman Həşimov saxlanıb. Onun üzərinə baxış zamanı ümumi çəkisi 213,903 qram narkotik vasitə olan tiryək və çəkisi 70,573 qram olan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Toğrul NƏSİRLİ polis leytenantı