25/08/2019 23:06
728 x 90

Narkotacir “Qədim” Sabunçu qəsəbəsində tutuldu - FOTO

img

Sabunçu rayonunda ictimai asayişin pozaraq vətəndaşa qarşı xuliqanlıq edən şəxs saxlanıb. Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticsində xuliqanlıq etməkdə şübhəli bilinən paytaxt sakini Hikmət Vəlizadə tutulub. Şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman 0,346 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.

H.Vəlizadə ifadəsində narkotik vasitəni “Qədim” kimi tanıdığı şəxsdən öz istifadəsi üçün aldığını bildirib. 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat nəticəsində H.Vəlizadəyə heroini satan Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş İman Qədimov da tutularaq saxlanıb. Tutulan zaman onun üzərindən 0,518, yaşadığı evdən isə güclü psixotrop təsirə malik 1 kiloqram 15 qram narkotik vasitə olan  heroin aşkar edilərək götürülüb. i.Qədimov narkotik vasutələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı saxlanan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər