21/11/2019 13:04
728 x 90

İsmayıllıda narkotik bitki yetişdirən qadın saxlanıb - FOTO

img

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,  İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini S. Həsənova saxlanıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman dəmir və plastik qablarda xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 33 ədəd çətənə və 6 ədəd xaş xaş bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı S.Həsənova barəsində RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanıb, istintaq davam etdirilir.

Son xəbərlər