22/08/2019 20:39
728 x 90

Masallı sakini külli miqdarda narkotiklə tutuldu - Balakəndə... - FOTO

img

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat–axtarış tədbirləri nəticəsində rayonun Hənifə kəndi ərazisində çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyi narkotik vasitəni qurutmaq üçün sərən Masallı rayon sakini, 21 yaşlı Sadiq Mirzəquliyev şübhəli şəxs qismində saxlanıb.

Belə ki, S.Mirzəquliyevin çöllük sahədə sellofan örtüyün üzərinə qurutmaq üçün sərdiyi 22 kq-a yaxın marixuana və 123 ədəd yabanı halda bitmiş çətənə bitkisi həmin ərazidən aşkar edilərək maddi sübut kimi götürülüb. Saxlanan şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı S. Mirzəquliyev barəsində cinayət işi başlanıb, istintaq aparılır.

Son xəbərlər