Ağdaş Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini bir qadın anasına məxsus evdən 700 manat dəyərində ev əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ əməkdaşlarının isti izlərlə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin Ağdaş şəhər sakini, 38 yaşlı Əfqan Yaqublu olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanaraq Polis Şöbəsinə gətirilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.