18/09/2019 22:32
728 x 90

Şirvan şəhərində antinarkotika əməliyyatı...

img

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumatlar əsasında şəhər ərazisində əməliyyat tədbirləri keçirib.

Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanan şəhər sakini Elşən Valehovdan çəkisi 485 qram marixuana aşkar edilərək götürülüb.

Birgə keçirilmiş digər əməliyyat tədbiri nəticəsində isə şəhər sakini Coşqun Alışov saxlanıb. Ondan 480 qram marixuana götürülüb.  Ona məxsus həyətyanı sahədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır. 

Son xəbərlər