17/08/2019 15:35
728 x 90

Qadının çantasından oğurluq edənlərin axırı belə olmalı idi – Yasamalda...

img

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini C.Sultanova mayın 16-da çantasından içərisində 120 manat pul və şəxsiyyət vəsiqəsi olan pulqabısının oğurlandığını bildirib. 

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Şöbə əməkdaşlarının “isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək saxlanıb.

Onların Bakı şəhər sakini, əvvəllər quldurluğa görə məhkum olunmuş Nizami Əkbərzadə və Mingəçevir şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Emil Məmmədov olduqları müəyyən edilib.

29-cu Polis Şöbəsində araşdırma aparılır. 

Son xəbərlər