25/05/2019 13:46
728 x 90

Ağdaşın Dəhnəxəlil kəndində narkotik tərkibli bitki yetişdirənlər saxlandı - FOTO

img

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirib.

Belə ki, əldə edilmiş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Dəhnəxəlil kənd sakini, 26 yaşlı Manaf Həbişov saxlanıb. Onun kənddə yaşadığı evə baxış keçirilən zaman xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 9 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayonun Hənifə kənd sakini, əvvəllər məhkum olunmuş 47 yaşlı Rövşən Bahalov saxlanıb. Onun yaşadığı evin həyətyanı sahəsindən 7 ədəd kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər