25/05/2019 14:06
728 x 90

Ələtdə narkotiklərə qarşı polis əməliyyatı... - FOTO

img

Polis əməkdaşları Ələt qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı kompleks əməliyyat tədbiri keçirib

Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 11-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat tədbiri nəticəsində Ələt qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıb. Nəticədə qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Yaşar Musayev, Afət Səmədov, İlqar İmanov, həmçinin Zaur Əhmədov və Şahin Rüstəmli tutularaq istintaqa təqdim ediliblər. Onların hər birinin üzərindən şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi məqsədilə araşdırmalar davam etdirilir. Adı çəkilən hər bir şəxs barəsində Qaradağ RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu şəxslərin digər cinayətlərdə iştirak etdiyi də istisna olunmur. Onların əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və Qaradağ RPİ müraciət edə bilər.

Son xəbərlər