Bakıda silah gəzdirən şəxs saxlanıb

Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və əllərdə qanunsuz saxlanan odlu silah-sursatın aşkar edilməsi istiqamətində birgə əməliyyat tədbiri həyata keçirilib.
Nəticədə Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş İsrayıl Eyvazov saxlanaraq bölməyə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Naqan” markalı tapança, 5 ədəd patron, əlindəki idman çantasından isə 620 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb. İ.Eyvazov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.