Mayın 13-də Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə Bülbülə qəsəbəsindəki bir anbardan oğurluq edilməsi barədə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal araşdırmalara başlanıb. Zərərçəkmiş Bülbülə qəsəbə sakini A.Adıgözəlov cari il fevralın 10-dan mayın 13-dək olan müddətdə qəsəbə ərazisindəki anbarından divar sökülməklə 40.000 manat dəyərində qadın ayaqqabısının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Həsənov qısa müddətdə müəyyən edilərək saxlanıb.
Araşdırma aparılır.