17/11/2019 16:34
728 x 90

Biləsuvar sakini İrandan keçirdiyi narkotiklə yaxalandı - FOTO

img

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar RPŞ daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində Masallı rayonunun Kolanlı kənd sakini Ruhid Həbibov saxlanıb. Ondan 119 qram çəkidə narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı R.Həbibovun narkotik vasitəni İran İslam Respublikasından əldə edərək qaçaqmalçılıq yolu ilə Respublika ərazisinə keçirdiyi müəyyən edilib.

Faktla bağlı Biləsuvar RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər