25/05/2019 20:07
728 x 90

Tovuzda mağazadan oğurluq edən şəxs saxlanıb

img

Tovuz  rayon sakini Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, mayın 6-dan 7-nə keçən gecə naməlum şəxs və ya şəxslər gizli yolla ona məxsus mağazaya daxil olaraq oradan 350 manat nağd pulu oğurlayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dərhal Tovuz  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Ayaz Qasımov şübhəli qismində saxlanıb.

İlkin dindirmə zamanı o, ağır dərəcəli sərxoş oluğunu və hadisəni də spirtli içkinin təsiri altında törətdiyini etiraf edib, əldə etdiyi pulun bir qismini xərclədiyini deyib. Pulun qalan hissəsi maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Eşqin QASIMOV
polis leytenantı

Son xəbərlər