25/05/2019 19:47
728 x 90

Rusiyada olan həmkəndlisinin evindən oğurluq etdi – Astarada olay...

img

Astarada Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən oğurluq edən şəxs saxlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayon sakini olan bir qadın DİN-in “102 xidməti-zəng mərkəzi”nə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər tərəfindən gecə saatlarında onun Rusiya Federasiyasında yaşayan oğlu C.Hüseynova məxsus Kakalos kəndində yerləşən evdən 1 ədəd 600 manat dəyərində “Samsung” markalı televizor, çemodanı ilə birlikdə 1 ədəd “Hitachi” markalı videokamera, 300 manat dəyərində kabel, 1 ədəd internet modemi oğurlanıb. Astara RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə oğurluğu rayonun Kakalos kənd sakini Əbdül Mirzəyevin törətdiyi müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanıb. Oğurladığı məişət əşyaları ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər