12/11/2019 15:49
728 x 90

Şəmkirdə iki həmyerli narkotik bitki əkdi, biçə bilmədi...

img

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində saxlanan V.Mədətovdan narkotik vasitə olan heroin götürülüb. Polis əməkdaşları tərəfindən onun həmyerlisi Ə.Hüseynovla birgə kultivasiya yolu ilə 3 ədəd çətənə kolu yetişdirdiyi müəyyən edilib. Görülmüş tədbirlərlə Ə.Hüseynov da saxlanıb. 

Həmçinin, V.Mədətova narkotik vasitəni satmaqda şübhəli bilinən E.Əliyev də müəyyən edilərək saxlanıb. Şəxsi axtarış zamanı ondan heroin, yaşadığı evdən çəkisi 2,6 kiloqrama yaxın marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 153 dədəd çətənə kolu aşkar edilərək götürülüb.

Araşdırma aparılır. 

Son xəbərlər