Baş Narkotiklərlə Mübarizə İdarəsi əldə edilmiş məlumat əsasında Sumqayıt şəhəri ərazisində əməliyyat tədbiri keçirib. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Asif İbrahimov saxlanıb. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın heroin aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 401qramdan artıq heroin və elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.