Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluq edən şəxs cinayət başında yaxalanıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, mayın 2-də gecə saat 2 radələrində Quba şəhəri ərazisindəki bazarın yaxınlığında dayanmış “VAZ-21011” markalı avtomobildən maqnitofon oğurlayan şəxs ərazidə xidmət aparan Quba Regional Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
Rayon Polis Şöbəsinə təhvil verilən həmin şəxsin rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Ədalət Süleymanov olduğu müəyyən edilib.
Araşdırma aparılır.