DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aprelin 30-da Gəncə şəhər sakini, 34 yaşlı Ramal Nəbiyevin hər iki sarğı nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Nizami Rayon Polis İdarəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub.
Polis əməkdaşlarının keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, 25 yaşlı Etibar Hüseynov şübhəli şəxs qismində saxlanıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, R. Nəbiyevə aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.
Faktla bağlı araşdırmalar aparılır.