Kürdəmir Rayon Polis Şöbəsinə rayon ərazisində bir neçə oğurluq faktı barədə müraciətlər daxil olub. Müraciətlərlə əlaqədar aparılan araşdırmalarla rayon Telekommunikasiya Qovşağına məxsus 4 rabitə quyusundan qapaqların, Xırdapay kənd qəbristanlığından su çəninin, şəhər sakini M.Hacıyevin həyətindən 201 kiloqram metal qırıntılarının və M.Abbasova məxsus bərbərxanadan kondisionerin oğurlandığı müəyyən edilib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ziyad Şıxalıyev saxlanıb.
Araşdırma aparılır.