Baş Narkotiklərlə Mübarizə İdarəsi və Xətai RPİ-nin 36-cı Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən G.Bodrov saxlanıb. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə olan marixuana, yaşadığı evdən isə əlavə olaraq heroin və yarım kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.
Araşdırma aparılır.