Bİnəqədi RPİ-nin 5-ci Polis Bölməsinə rayon ərazisindəki orta məktəblərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırmalar nəticəsində 300 manat dəyərində proyektorun oğurlandığı müəyyən edilib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 2 yeniyetmə saxlanıb.
Araşdırma aparılır.