Nəsimi rayonunda yerləşən şirkətlərdən birinin qazanxanasından oğurluq edilib. Zərərçəkən şirkət rəhbərliyi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək, qazanxanadan naməlum şəraitdə dəyəri 135000 manat olan istilik sistemləri və avadanlıqlarının oğurlandığını bildirib.
Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Eldəniz Abbasov və Bərdə rayon sakini Vüsal Məmmədov saxlanıb.
Saxlanan şəxslər ifadələrində etdikləri oğurluğu etiraf edib və izahatlarında əldə etdikləri avadanlıqların bir qısmini satdıqlarını bildiriblər.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb. E.Abbasov və V.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.