Nizami RPİ-nin 25-ci Polis Bölməsinə Q.Qarayev prospektindəki mağazaların birindən 10 ədəd mobil telefonun oğurlanması barədə müraciət daxil olub.
Müraciətlə əlaqədar aparılmış araşdırmalar nəticəsində oğurluğun mağazanın qapısını gərib açmaq yolu ilə törədildiyi müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bu cinayət əməlini törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov polis əməkdaşları tərəfindən saxlanıb.
Araşdırma aparılır.