Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Musayev aprelin 28-də saat 3 radələrində evinin qarşısından “Saipa” markalı avtomobilinin qaçırıldığını bildirib.
Müraciətlə əlaqədar aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil M.K.Atatürk prospektindəki evlərin birinin qarşısında tapılıb.
Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Kamran Xəlilov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanıb.
Araşdırma aparılır.