Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ç.Naxçıvani aprelin 14-də saat 1 radələrində yaşadığı evin qarşısında 2 nəfərin onun “Mercedes” markalı avtomobilinin şüşəsini və farasını sındırdığını, habelə qapısını və yük yerini əzdiyini bildirib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Qarayev və M.Papaxov saxlanıb.