Daxili işlər orqanlarının qanunsuz saxlanan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayonu Göyəlli kənd sakini, 48 yaşlı Arif Tağıyevin yaşadığı ünvandan bir ədəd tək lüləli, üzərində uzaq məsafə görmə cihazı olan (5 atılan) silah aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.