Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə aprelin 23-də saat 1 radələrində Qobustan qəsəbəsi ərazisindəki mağazaların birindən 970 manat pul oğurlanması barədə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, “isti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini G.Nəbiyev saxlanıb.
Araşdırma aparılır.