Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Mustafayev aprelin 23-nə keçən gecə A.Qurban küçəsindən “VAZ-2115” markalı avtomobilinin qaçırıldığını bildirib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanıb. Bu barədə digər xidmət sahələrinin əməkdaşlarına da müvafiq məlumat verilib.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini O.İbrahimov və Hacıqabul rayon sakini X.Cavadov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.