20/05/2019 15:14
728 x 90

Pirşağıda Əliyevanın sırğalarını alıb qaçan şəxs tutuldu

img

DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini S.Əliyeva aprelin 20-də Pirşağı qəsəbəsi ərazisində naməlum şəxsin ona qarşı zor tətbiq edərək qulağındakı qızıl sırğaları çıxardığını və içərisində şəxsiyyət vəsiqəsi, diplom, maaş kartı və 2 ədəd mobil telefon olan çantasını aldığını bildirib.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Məmmədov qısa müddətdə saxlanıb.

Araşdırma aparılır. 

Son xəbərlər