23/07/2019 22:31
728 x 90

Bakı sakini 50 qram marixuananın güdazına getdi

img

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanıb, külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Binəqədi rayonu ərazisində keçirdiyi əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əbdülqəlimov saxlanıb. Şəxsi axtarış zamanı ondan 50 qram marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə  onun yaşadığı evdən isə əlavə olaraq 320 qram marixuana götürülüb.

Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat tədbiri nəticəsində saxlanan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Şemyakindən 450 qram marixuana götürülüb.

Neftçala RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş F.Hüseynovdan 210 qram marixuana götürülüb.   

Hər üç faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər