20/05/2019 01:05
728 x 90

Sığorta kartını itirdi və pul oğurlandığı barədə polisə müraciət etdi

img

Salyan Rayon Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Əzimov 2018-ci ilin iyul ayının 16-da hesabında 2164 manat olan sığorta kartını Bakı şəhəri ərazisində itirdiyini və həmin məbləğin hesabından çıxarılaraq oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və həmin məbləğin Salyan rayonu ərazisindəki bankomatların birindən çıxarıldığı müəyyən edilib.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Zeynalov saxlanıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər