Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı saxlanan rayonun Gərəkli kənd sakini, 27 yaşlı Anar Dibirovun üzərində şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 430 qram olan narkotik vasitə, qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.