Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, eləcə də qanunsuz saxlanan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Salyan rayonu Rəncbər kənd sakini Əlikram Məmmədov saxlanıb. Üzərinə baxış zamanı ondan ümumi çəkisi 1,095 qram , yaşadığı fərdi evdən axtarış zamanı isə ümumi çəkisi 260 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
RPŞ-nin əməkdaşlarının keçirdiyi digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarasu kənd sakini Nicat Abdullayevdən 1 ədəd müvafiq sənədləri olmayan “TULA” markalı qoşalülə ov silahı və silah üçün nəzərdə tutulan 2 ədəd patron aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.
Toğrul NƏSİRLİ polis leytenantı