DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, Şamaxı şəhər sakini Hüseyn Sayılov bi nəfər qızı hədələyərək mobil telefonunda olan ona məxsus şəkilləri və videogörüntüləri sosial şəbəkədə yayacağını bildirib. Bunu etməməsi üçün qızın valideynlərindən 3000 manat pul tələb edib.
Məlumatla əlaqədar olaraq Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən H.Sayılov qızın valideynlərindən 3000 manatı alarkən saxlanaraq şöbəyə gətirilib.
Dindirilən zaman H.Sayılov törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Toğrul NƏSİRLİ polis leytenantı