DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, ölkədə elan edilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Masallı Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Ərkivan qəsəbə sakini Lazım Həsənovun oğlunun hərbi xidmətdən qayıtması münasibətilə həyətində məclis təşkil etdiyi müəyyən edilib.
Məclisin təşkilatçısı və həmin vaxt orada iştirak edən şəxslər saxlanaraq Masallı Rayon Polis Şöbəsinə gətirilib. Karantin qaydalarının pozulmasına görə 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunub.