07/07/2020 00:28
728 x 90

Polis Zaqatalada 2,5 tondan artıq çətənə kolunu məhv etdi - FOTO

img

Zaqatala  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Yengiyan kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 2 ton 640 kiloqram olan 5348 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Son xəbərlər