Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycanda lombard probleminin sonu çatır, yoxsa…

Image


Ölkənin maliyyə sektiorunda uzun müddətdir narazılıq predmetinə çevrilən məsələlərdən biri də lombard kreditləri ilə bağlıdır. Belə kreditləri ayrı-ayrı şəxslərin malik olduğu təşkilatlarla yanaşı, banklar da verir. Amma lombard kreditləri ilə bağlı ciddi problemlərin olması da heç kimə sirr deyil.

Məsələn, banklar borca ehtiyacı olan müştərilərə kreditləri daha çox lombardlar vasitəsilə, onların zinət əşyalarını iki dəfə ucuz qiymətə girov götürməklə, ən azı iki dəfə baha faizlə təklif edirlər. Bununla da bank bir tərəfdən özü üçün təminatsız kredit problemini həll etmiş olur, digər tərəfdən isə qazancını xeyli artırır. Nəticə etibarilə, problemini həll etməyin yolunu yalnız zinət əşyalarını girov qoymaqla lombardlardan kredit götürməkdə görən insanlar lombardların vasitəsilə bankların girovuna çevrilirlər. 

Sadəcə lombard kimi fəaliyyət göstərən bir sıra qurumlarda da eyni problem hökm sürür. Hətta onların bəziləri girov kimi götürdükləri əşyalarla bərabər yoxa da çıxır. Lombard fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər mənfəət vergisinin, fiziki şəxslər isə gəlir vergisinin ödəyiciləridir. Ancaq qanundakı boşluq onların bu vergidən də asanlıqla yayınmasına imkan verir. Belə ki, lombarda girov qoyaraq alınan kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda, həmin əşyalar lombardın mülkiyyətinə keçir. Bu məsələ ciddi narahatlıq predmetinə çevrildiyindən. onun həlli istiqamətində qanunverici orqanda artıq müvafiq addımlar atılması qərarına gəlinib. Belə ki, "Lombardlar haqqında" qanun hazırlanır və məsələ qanunverici orqanda müzakirə olunur. Burada daha bir məqam isə lombard kreditlərinin verilmə müddətinin artırılması və onun da iqtisadiyyata yönləndirilə bilinməsidir. Qeyd edək ki, "Lombardlar haqqında" qanun layihəsinin 10-cu maddəsində qeyd edilib ki, lombardlar tərəfindən kreditlər Azərbaycan milli valyutasında on iki aydan artıq olmayan müddətə verilir. Amma sənəddə lombard kreditinin miqdarı öz əksini tapmayıb. Qanun layihəsinin müzakirəsi zamanı deputatlar lombardlar tərəfindən kreditlərin 1 il müddətinə verilməsinə etiraz edib, bu müddətin artırılmasını təklif ediblər. Xatırladaq ki, Milli Məclisdə "Lombardlar haqqında" qanun layihəsinə ikinci oxunuşda baxılır.

İndilikdə isə Azərbaycanda lombard kreditlərinin verilmə müddətinin artırılması təklif edilir. Ekspertlər də lombard kreditlərinin verilmə müddətinin artırılmasını vacib sayır. Çünki bir il ərzində verilən kreditlər real iqtisadiyyatda, real sektorda, istehsalatda, kənd təsərrüfatında kreditləşməyə, investisiyalara səbəb olmur. Eləcə də 1 il müddətinə verilən kreditlər əksər hallarda ya istehlak kreditləri, yaxud da əməliyyatlarla bağlı olur. O da faktdır ki, 1 il ərzində hansısa biznes layihəsini tam şəkildə reallaşdırmaq mümkün deyil. Ona görə də hesab olunur ki, lombard kreditlərinin verilmə müddəti artırılmalıdır. Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da bildirir ki, ümumiyyətlə, burada kreditlərin verilmə müddətinin qoyulması düzgün deyil: "Qanunvericilikdə hər bir məhdudiyyətin mənası olmalıdır və burada məhdudlaşma ilə nə əldə edilir? Heç nə əldə edilmir. Bəlkə vətəndaşa kredit 2 il müddətinə lazımdır? Lombard kreditlərinin verilmə müddəti nəinki artırılmalıdır, ümumiyyətlə, müddət ləğv edilməlidir. Onda bankların da verdiyi kreditlərə müddət qoymalıyıq? Tərəflər özləri bunu müəyyən etməlidir". O bildirib ki, sənəddə kreditin maksimum miqdarı göstərilməməlidir: "Lombard krediti girovla təmin edilirsə, burada məhdudiyyətin qoyulmasına ehtiyac yoxdur".

Digər tərəfdən ona da diqqət çəkilir ki, lombard kreditlərində faizlər yumşalmalıdır. İlk növbədə, girov qismində təqdim olunan əmlakın aşağı məbləğdə qiymətləndirilməsini başlıca qüsur kimi qeyd etmək mümkündür. Vətəndaşlar kredit əldə etmək üçün sahib olduqları zinət əşyalarını girov qismində təqdim edirlər. Bu zaman girov əmlakının qiymətləndirilməsi ilə bu məsələdə maraqlı tərəf qismində çıxış edən lombard müəssisəsi məşğul olur. Belə bir vəziyyətdə zinət əşyaları çox aşağı dəyərlə qəbul edilir ki, bu da onun real dəyərindən xeyli aşağı olur. Bununla yanaşı, bəzən vətəndaşların hüquqlarının pozulması hallarına da rast gəlinir. Eyni zamanda, lombard kreditləri üzrə faiz dərəcələrini vaxtlı-vaxtında ödəmək olduqca çətin prosesdir. 

Bundan əlavə, lombardlarla bağlı problemlər sırasında ən vacib məsələ sığorta məsələsidir. Girov qoyulan əşyaları lombard sahibi sığorta etməlidir. Bu zaman vətəndaşların lombardlara güvəni çoxalacaq. Vətəndaş biləcək ki, sabah baş verən hər hansı hadisə nəticəsində lombard müflis olarsa, bağlanarsa, hətta yoxa çıxarsa belə, əmlakını sığorta şirkətindən ala bilər. Girovun qiymətləndirilməsində də müəyyən mübahisələr var. Əslində həmin əşyalar bazar qiymətinə münasib qiymətləndirilməlidir. Amma əksər hallarda lombardlar əmlakı 30-40 faiz aşağı qiymətləndirir. Yeni qanunvericiliklə bu məsələnin də həllini tapması gözlənilir. Qanun praktikada işləməsə, lombardlarla bağlı problemin həlli çox uzanacaq.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ