şənbə günü, 26 sentyabr 2026
     

Zavod direktorunun videosu Putin iqtidarını silkələdi - Solovyov efir qonağına "fahişə" dedi...

Image


Aprelin əvvəlində Rusiyada traktor zavodunun direktoru Vladimir Boqlayev Moskvada İqtisadi Foruma gedərkən internetdə bir video yayıb. Vladimir Boqlayev videoda deyir ki, 1990-cı illərdən bəri hakimiyyətdəkilərin özlərini bu qədər fəal şəkildə gözdən saldıqlarını xatırlamır: "Başdakılar yerdəki və iqtisadiyyatdakı reallıqdan tamamilə təcrid olunublar".

Beynəlxalq məsələlər üzrə ekspert Rey Förlonq bildirir ki, narazılığın nadir hal sayıldığı və sərt cəzalandırıldığı Rusiyada son həftələr oxşar bəyanatlar çoxalıb. Karnegi Rusiya-Avrasiya Mərkəzinin siyasi analitiki Tatyana Stanovaya deyir ki, fərdi tənqidlər ayrılıqda əhəmiyyətsiz görünə bilər, lakin birlikdə ciddi məna daşıyır: "Tibbi bənzətmə ilə desək: xırda və izahı çətin simptomlar keçici narahatlıq da ola bilər, həyat üçün təhlükəli xəstəliyin əlaməti də". Bu arada prezident Vladimir Putinə çox az tənqid yönəlir, Ukraynadakı müharibədən isə heç danışan yoxdur. Putinin çoxdankı dəstəkçisi ona "hərbi cinayətkar" dedikdən sonra psixiatrik klinikaya salınıb. Tatyana Stanovaya görə, bəzi analitiklər təxmin edirlər ki, internetin bloklanmasının yaratdığı narazılıq Federal Təhlükəsizlik Xidmətinin (FSB) daxilində və ətrafında pərdəarxası çəkişmələri, həmçinin hökumətdəkilərin biznes və iqtisadi maraqlarını üzə çıxarır. Yəni Putinə sadiq rəqib qruplar bir-biri ilə çəkişirlər. Putin özü rəsmilərlə videokonfransda deyib ki, əgər bu terror hücumlarının qarşısının alınması ilə bağlıdırsa, təhlükəsizlik həmişə prioritet olacaq. Rəsmi qurumlar da məhdudiyyətləri Ukraynanın dron hücumlarından qorunmaq ehtiyacı ilə izah edirlər. Son iqtisadi göstəricilər isə Vladimir Boqlayevin nə demək istədiyini açıq şəkildə göstərir: Rusiyanın ümumi daxili məhsulu (ÜDM) yanvar-fevral aylarında 1.8 faiz azalıb. İnternet qadağalarına narazılıq məhz bu fonda baş verir. Məhdudiyyətlər bizneslərə ciddi zərər vurub.

Müstəqil iqtisadçı Vladislav Jukovski deyib: "İqtisadiyyat çökür. Bu o deməkdir ki, nə investisiya olacaq, nə iş yerləri, nə də gəlir. Rusiya Dövlət Statistika Xidmətinin hesablamalarına görə, bu ilin əvvəlində gəlir 30 faiz azalıb. Bu, Ukrayna ilə müharibə başlayandan bəri rekord azalmadır". Onun sözlərinə görə, hətta silah istehsal edən zavodların belə yeni işçi cəlb etmək üçün maaşları artırmağa maliyyə imkanı qalmayıb: "Bu il vəziyyət daha da pisləşəcək". Oliqarx Oleq Deripaskanın martda Mərkəzi Bankı hədəf alan tənqidləri böyük rezonans doğurub. İqtisadçıları faiz dərəcələrini aşağı salmağa çağıran milyarderdən sonra ötən həftə prezident Vladimir Putin də hərəkətə keçib. O, baş nazir Mixail Mişustin və Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina da daxil olmaqla, iqtisadi bloka rəhbərlik edən yüksəkvəzifəli şəxsləri sərt tənqid edib. Maraqlısı odur ki, etirazların qarşısını almaq üçün interneti kəssələr də, bu, narazılığı daha da alovlandırıb. Ölkədə mobil internet kəsilib, populyar "Telegram" messenceri bloklanıb, VPN xidmətlərinə tətbiq edilən məhdudiyyətlər isə "Instagram" kimi platformalara girişi çətinləşdirib. İqtisadi təsirə gəlincə, yalnız taksi sifarişi, yemək çatdırılması və digər onlayn alış-veriş kimi gündəlik xidmətlərə deyil, həm də influenserlərə ciddi zərbə dəyib. Rusiyalı "Instagram" ulduzu Viktoriya Bonyanın tənqidi xüsusilə diqqət çəkib. O, həm onlayn qadağalara, həm də Dağıstandakı daşqınlara və Qara dənizdəki çirklənməyə toxunub. Putinə xitabən "Vladimir Vladimiroviç, xalq sizdən qorxur" deyib. Bundan sonra onunla kremlyönlü teleaparıcı Vladimir Solovyov arasında söz atışması başlayıb; Solovyov hətta onu fahişə adlandırıb. Praqada yaşayan rusiyalı sosioloq Dmitri Dubrovski "Current Time"a deyir ki, Bonya "adətən heç kimin təmsil etmədiyi – siyasətə qarışmaq istəməyən adi insanların gözlənilməz sözçüsünə çevrilib". Tənqidlərin artması Putinin reytinqinin düşdüyü və payızda keçiriləcək parlament seçkiləri ərəfəsində baş verir. Əvvəlki təcrübə bu seçkilərin azad və ədalətli keçirilməyəcəyini deməyə əsas verir. Lakin Dubrovskinin fikrincə, Kreml cavab olaraq internet məhdudiyyətlərini yumşalda bilər: "Bu, seçkilərdən əvvəl mütləq baş verəcək. Müvəqqəti addım ola bilər. Amma fikrimcə, xüsusilə "Telegram"la bağlı məhdudiyyətləri yumşaltmağa çalışacaqlar". Effektindən asılı olmayaraq, Kreml bunu edə bilər. Rusiyanın dərin iqtisadi problemlərini həll etmək isə daha çətin məsələdir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 13:51
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ