Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana səfəri ilə əlaqədar X sosial şəbəkəsində paylaşım edib. Paylaşımda deyilir:
"Təşəkkür edirəm, Baş nazir Andrey Babiş, Qəbələyə rəsmi səfərinizə və bu gün apardığımız məzmunlu müzakirələrə görə. Bu, ikiqat xoş haldır ki, bu sizin Aİ hüdudlarından kənara ilk rəsmi səfəriniz oldu.
Siyasi münasibətlərimiz güclüdür və bugünkü müzakirələr Azərbaycan–Çexiya əlaqələrinin daha da dərinləşdirilməsi ilə bağlı ortaq öhdəliyimizi bir daha təsdiqlədi. Ticarət dövriyyəmiz artıq yüksək səviyyədə olsa da, iqtisadi əməkdaşlığımızın daha sistemli qurulması və şaxələndirilməsi üçün aydın potensial görürük.
Səfər çərçivəsində keçirilən və işgüzar dairələrimizin nümayəndələrini bir araya gətirən biznes-forumu bu istiqamətdə mühüm addımdır. Biz birgə qərara gəldik ki, hökumətlərarası iqtisadi komissiyanın səviyyəsi yüksəldilsin ki, bu da xüsusilə enerji, sənaye və digər əsas sahələrdə daha səmərəli koordinasiyaya töhfə verəcək.
Biz müdafiə sənayesi sahəsində əməkdaşlığımıza da yüksək dəyər veririk və onun daha da inkişafı üçün yaxşı perspektivlər görürük.
Çex Respublikasına səfər etmək barədə səmimi dəvətinizi məmnuniyyətlə qəbul edirəm və dostluğunuza, tərəfdaşlığınıza görə bir daha təşəkkür edirəm."