şənbə günü, 26 sentyabr 2026
     

İki güclü seçki düşməni Netanyahuya qarşı birləşdi... 1-2 aya məsələ həll olunacaq...

Image


İsraildə bu ilin payızında parlament seçkiləri keçriləcək. Seçki 27 oktyabr 2026-cı ilə planlaşdırılıb. Ən səs-küylü xəbər iki keçmiş baş nazirin - Naftali Bennett və Yair Lapidin Benyamin Netanyahuya qarşı birləşməsidir.

Bennett sağçı siyasətçidir, Lapid isə mərkəzçi və liberal xəttin lideridir. İkisi də vaxtilə Netanyahu hökumətində işləyib, sonra onun əleyhinə çıxıblar. 2021-ci ildə məhz Bennett və Lapid birləşib geniş koalisiya qurmuşdular. Həmin koalisiya Netanyahunun 12 illik fasiləsiz baş nazirliyini bitirmişdi. O vaxt Bennett bir il yarım baş nazir oldu, sonra Lapid rotasiya ilə kresloya keçdi. Hökumət 2022-ci ildə dağıldı, növbədənkənar seçkidə Netanyahu yenidən hakimiyyətə qayıtdı.

İndi 2025-ci il seçkisi öncəsi Bennett "Bennett 2026" adlı yeni partiya qurdu. Lapid isə əsas müxalifət partiyası "Gələcək Var"ın lideridir. Aprelin 26-da ikisi Herzliya şəhərində birgə mətbuat konfransı keçirib, elan etdilər ki, seçkiyə “Birlikdə” adlı vahid siyahı ilə gedirlər. Blokun lideri Bennett olacaq. Məqsəd müxalifətin səslərini parçalamaq əvəzinə birləşdirmək və Netanyahunu yenidən devirməkdir.

Bennett açıqlamasında dedi ki, Lapidlə bir çox məsələdə fərqli düşünürlər, amma aralarında güvən var və məqsəd İsraildə siyasi "parçalanma dövrünə" son qoymaqdır. Lapid də bildirdi ki, “Bennett sağçıdır, amma dürüstdür” və mərkəz partiyaları Bennettin arxasında birləşməyə çağırdı. Dedi ki, “bu gün eqoları kənara qoyub İsrail üçün ən doğru olanı edirik”.

İsrail mediasının yazdığına görə, bu ittifaq Netanyahu üçün ciddi təhlükədir. Son rəy sorğularında Bennettin bloku 24 mandat alır, Netanyahunun Likud partiyası da 24 mandatla gedir. Lapidin partiyasının isə 7 mandatı var. Yəni birləşəndə 31 mandat edir və başqa kiçik partiyalarla 120 yerlik Knessetdə 61 çoxluğu yığıb Netanyahusuz hökumət qurmaq şansı yaranır.

Bennett 2021-də Netanyahunun yanında siyasətə başlamışdı, sonra ona qarşı çıxdı. Fələstin məsələsində sərt mövqeyi ilə tanınır, İordan çayının qərb sahilinin bir hissəsinin ilhaqını müdafiə edib. Lapid isə mülayimdir, iki dövlətli həlli dəstəkləyir. İdeoloji fərqlərə baxmayaraq, ikisini birləşdirən tək şey Netanyahuya qarşı olmaq və müharibədən, daxili böhrandan sonra ölkədə "birlik hökuməti" qurmaq istəyidir.

Seçkiyə hələ 6 ay var, amma Bennett-Lapid bloku artıq Netanyahunun əsas rəqibinə çevrilib. 2021-ci ildə bacarmışdılar, indi ikinci dəfə sınayacaqlar.

Bennett və Lapid tandeminin şansı var, amma bu qarantiya deyil. Real vəziyyət belədir.

Onların güclü tərəfləri çoxdur. Birincisi, 2021-ci ildə artıq bir dəfə bunu bacarıblar. O vaxt da hamı deyirdi ki, sağçı Bennett ilə mərkəzçi Lapid bir yerdə dura bilməz. Durdular və Netanyahunun 12 illik hakimiyyətini bitirdilər. İndi də eyni formulu təkrarlayırlar. Seçicidə "bunlar Netanyahunu devirə bilən yeganə komandadır” fikri var.

İkincisi, riyazi hesablamalar onların tərəfindədir. Son sorğulara görə Bennettin "Birlikdə" bloku 24 mandat alır, Lapidin "Gələcək Var" partiyasının 7 mandatı var. Birləşəndə 31 mandat edir. Netanyahunun Likud partiyasının da 24 mandatı var. Yəni başa-baş gedirlər. Knessetdə hökumət qurmaq üçün 61 mandat lazımdır. Bennett-Lapid 31-lə başlayırsa, yanına 3-4 kiçik partiya çəkib 61-i yığmaq 2021-ci ildəki ssenarinin eynisidir.

Üçüncüsü, Netanyahu yorğunluq yaradıb. 2022-ci ildən bəri baş nazirdir, ondan əvvəl də 15 il olmuşdu. Qəzzada müharibə, iqtisadi problemlər, məhkəmə islahatı etirazları, girov məsələsi cəmiyyəti parçalayıb. Ortada "dəyişiklik" istəyən böyük kütlə var. Bennett-Lapid də məhz "parçalanmaya son, birlik hökuməti" şüarı ilə seçkiyə gedir. Lapid açıq dedi ki, "mərkəz və sağ, dindar və dünyəvi, hamı Bennettin arxasında birləşsin".

Zəif tərəfləri də az deyil. Birincisi, ideologiya fərqi var. Bennett sərt sağçıdır, İordan çayının qərb sahilinin ilhaqını istəyir. Lapid iki dövlətli həll tərəfdarıdır. 2021-ci ildə bu fərq hökuməti 1 ildən sonra dağıtdı. İndi seçkini udsalar belə, sabah Fələstin, məhkəmə islahatı, dini partiyaların statusu məsələsində yenə dalaşacaqlar.

İkincisi, Netanyahu çox təcrübəli oyunçudur. 90-cı illərdən bəri neçə seçki udub, neçə koalisiya dağıdıb. Müxalifəti bölməkdə ustadır. "Bennett sağı satdı, Lapidlə ərəblərlə oturacaq" təbliğatını gücləndirəcək. Sağçı seçicinin bir hissəsini geri çəkə bilər.

Üçüncüsü, müharibə faktoru ortadadı. Qəzzada, Livanda vəziyyət pisləşsə, İsrail seçicisi ənənəvi olaraq "təhlükəsizlik" deyib Netanyahu kimi sərt liderə sığınır. 7 oktyabr 2023-cü ildən sonra da belə oldu. Əgər oktyabr seçkisinə qədər cəbhədə gərginlik artsa, Netanyahunun reytinqi qalxa bilər.

Dördüncüsü, ərəb partiyaları və ultra-ortodoks partiyalar var. 61-i yığmaq üçün Bennett-Lapid ya ərəb partiyalarından, ya da Netanyahudan küsən dini partiyalardan dəstək almalıdır. 2021-ci ildə ərəb Raam partiyası ilə işləmişdilər, sağçılar bunu bağışlamadı. İndi yenə eyni dilemma olacaq.

Yekun ehtimal oldur ki, hazırda vəziyyət 50/50-dir. Sorğular başa-baş göstərir. Əgər Bennett sağçı bazanı saxlayıb üstəlik mərkəzçi və etirazçı səsləri yığsa, Lapid də öz 7 mandatını itirməsə, 61-i tapıb hökumət qura bilərlər. Amma seçkiyə 6 ay var. Bu müddətdə bir terror aktı, bir müharibə, bir qalmaqal bütün hesabatı dəyişə bilər.

2021-dəki uğuru təkrarlamaq üçün gərək iki şeyi bacarsınlar: birincisi, seçkiyə qədər dalaşmasınlar və vahid görsənsinlər. İkincisi, seçkidən sonra 61-i yığıb ən azı 2-3 il dağıtmadan işləməyi bacarsınlar. Birincini bacarsalar seçkini udmaq şansları 60 faizdir. İkincini bacaracaqlarına isə İsrailin özündə də çox adam şübhə ilə baxır.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ