İsrailin keçmiş baş nazirləri Yair Lapid və Naftali Bennett builki ümumi seçkilərdə Baş nazir Benyamin Netanyahuya qarşı koalisiya yaradırlar.
CNN Türk-ün xəbərinə görə, mərkəzçi olan əsas müxalifətin lideri Yair Lapid və sağçı Naftali Bennett arasındakı ittifaq Netanyahunu beş il əvvəl baş nazirlikdən uzaqlaşdırmışdı. İki siyasətçi indi də payızda keçiriləcək seçkilər üçün partiyalarını birləşdirmək qərarına gəliblər. Onların birləşərək Yahad adlı yeni bir partiya yaradacağı deyilir. Yahad ibrani dilində "birlik" deməkdir.
SAMİRƏ