Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Image


Suraxanı deyiləndə ilk yada düşən Atəşgah məbədi və təbii ki, neft buruqları olur. Onların arasında qırılmaz bir bağlılıq var. Atəşgah məbədi varlığını Azərbaycanın təbii sərvəti - neftə borcludur. Kimsə nə vaxtsa bu torpağın od tutub yandığını görüb və ona sitayiş edib. Əslində, torpağa sitayiş edib. Torpaqsa elə od qədər müqəddəsdir. Əsrlər keçdikcə yanar torpağın xəbəri dünyaya yayılıb və uzaq-uzaq ellərdən onu öz gözləri ilə görməyə gəliblər.
Azərbaycan odu, ocağı, istisi ilə tanınmağa başlayıb və Odlar Yurdu adlanıb. Bakının rəmzi də 3 oddan ibarətdir. Nəzərə alsaq ki, ölkənin neft və qaz sənayesinin inkişafı tarixi Suraxanı neft yataqlarının adı ilə bağlıdır, bu mənada rayonun nəinki paytaxtın digər rayonları arasında, həmçinin ölkə tarixində özəl yerə sahib olduğu təsdiqlənir.
Suraxanı rayonunu digər rayonlardan fərqləndirən cəhəti burada "Atəşgah məbədi"nin olmasıdır. Azərbaycanın maddi mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən, XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunan və UNESCO-nun "Dünya irsinin ilkin siyahısı"na daxil edilən "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun özünəməxsus yeri var.
"Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazların çıxdığı "əbədi", sönməz alovların yerində inşa edilən od məbədidir.
Bu alovlar hələ çox qədim zamanlardan məlum idi, insanlar onlara ehtiramla yanaşırdılar. İndiki ibadətgah da vaxtilə dini buralarda hakim olan atəşpərəstlərin - zərdüştlərin qədim məbədlərinin yerində tikilib. Bu məbədin ilk tikilişi təqribən II-III əsrlərə aiddir.
Ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, tarix və mədəniyyət abidələrinə dövlət səviyyəsində diqqət və qayğı gündən-günə artır. Dövlət başçısının bununla bağlı imzaladığı fərman və sərəncamlar, aparılan məqsədyönlü siyasət və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihələr nəticəsində bir sıra abidələrimizin UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi, qədim tariximizi yaşadan məbədlərin təmir və bərpası, bölgələrdə aparılan genişmiqyaslı arxeoloji ekspedisiyalar bunun ən yaxşı göstəricisidir.
2015-ci il aprelin 26-da Suraxanı rayonunda yerləşən "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda Birinci Avropa Oyunlarının məşəli alovlandırıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak etdilər.

Avropa Oyunlarının məşəli ilk olaraq Suraxanıda alovlandırıldı

Məlumat üçün bildirək ki, "Bakı-2015" İlk Avropa Oyunlarının məşəlinin alovlandırılması tədbirinə hazırlıqla əlaqədar RİH-in təşkilatçılığı ilə rayonun idarə və müəssisələri tərəfindən Səttar Bəhlulzadə, İlqar Məmmədov, Şahin Məhərrəmov, Oqtay Əliyev və Xanlar Ələkbərov küçələrində yaşayış və qeyri-yaşayış obyektlərinin fasadları və hasarları yenidən quruldu, təmir olunaraq rəngləndi, aqlay daşları ilə üzləndi, qaz, elektrik, telefon və digər yerüstü kommunikasiya xətləri yerin altına salındı. Qısa dövr ərzində Əmircan qəsəbəsi, Tofiq Bayram parkı əsaslı təmir olunaraq yenidən quruldu, Bülbülə qəsəbəsi, 24 saylı poliklinikanın qarşısında yeni park salındı, rayonun Səttar Bəhlulzadə, İlqar Məmmədov və Xanlar Ələkbərov küçələrində ümumilikdə 12,0 min kv.m. yaşıllıq salınıb. Səttar Bəhlulzadə və Oqtay Əliyev küçələrində 27,7 min kv.m. sahəyə asfalt vurulub, 5042 kv.m. bordür düzülüb, 3252 kv.m. səki asfaltlanıb, 2826 kv.m. səki bordürü düzülüb, küçələrin işıqlandırılması üçün 2707 metr elektrik kabeli çəkilib, işıq dirəkləri və çilçıraqlar quraşdırılıb. Bundan əlavə, 5,1 min kv.m. aqlay daşından üzlük işləri, 3,4 min kv.m. hörgü və 10,7 min kv.m. suvaq işləri görülüb, 2,3 min kv.m. tamet döşənib, 42,1 min kv.m-lik sahə rənglənib, 629 kv.m. yeni dam örtükləri quraşdırılıb və digər abadlıq işləri görülüb.
Birinci Avropa Oyunları Suraxanı idmançıları üçün çox uğurlu olub, karate idman növü üzrə Ayxan Mamayev qızıl, sambo üzrə Vasif Səfərbəyov gümüş medal, qılıncoynatma idman növü üzrə Sevil və Sevinc Bünyatova bacıları 1 gümüş və 1 bürünc medal qazanıblar.

Suraxanı rayonunun inkişaf dövrü...

Qeyd edim ki, 1990-cı ildən bəri Suraxanı rayonunda yaşayıram. Bu rayonda bütün inkişaf mərhələlərini özüm müşahidə etmişəm.
Dövlət proqramlarının uğurlu icrası nəticəsində, Bakının bütün rayonları kimi, bu gün Suraxanı rayonu da inkişaf dövrünü yaşayır. Rayonun ümumi mənzərəsində nəzərəçarpacaq dəyişikliklər görülən işlərin davamlı və sürətli olmasından xəbər verir. Dövlət proqramlarının icrası nəticəsində Suraxanı rayonunun qəsəbə və kəndlərində uğurlu infrastruktur layihələri həyata keçirilib, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşıb, abadlıq işləri geniş vüsət alıb, əhalinin həyat səviyyəsi daha da yüksəlib. Rayon ərazisində dinamik yüksəliş üçün bütün zəruri tədbirlər həyata keçirilir, ölkədəki inkişaf prosesinə layiqli töhfələrini verir. Həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində rayonda sosial-iqtisadi şərait yaxşılaşıb, əksər statistik makroiqtisadi göstəricilərdə artım müşahidə olunub. Yeni iş yerləri və müəssisələrin yaradılması, kommunal xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyətinin yüksəldilməsi, rayona daha çox investisiya qoyulması əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və maddi rifahının artmasına səbəb olub.
"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Suraxanı rayonu üzrə 24 tədbir nəzərdə tutulub, onların 4-ü icra olunub, 20-nin icrasına başlanıb, başa çatdırılan və başlanan tədbirlər proqramın 44,5 faizini təşkil edib.
Statistik rəqəmlərə əsasən, rayon ərazisində əldə olunan uğurlar əhalinin sosial rifahının yüksəlməsinə, onun inkişafına təsir göstərib. Təkcə 2015-ci ilin 9 ayı ərzində Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 198,1 milyon manat, tikinti-quraşdırma işləri 34,2 milyon manat, nəqliyyat xidmətləri 3,8 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 30,2 milyon manat, kənd təsərrüfatı 2,2 milyon manat, pərakəndə ticarət dövriyyəsi 238,8 milyon manat, orta aylıq əməkhaqqı 546,4 manat təşkil edib. Əhaliyə 184,3 milyon manat məbləğində pullu xidmətlər göstərilib, daimi olmaqla 2355 yeni iş yeri açılıb. Qaraçuxur qəsəbəsindəki bir çox küçələrdə abadlıq-quruculuq işlər görülüb, küçələrin ətrafında yerləşən qeyri-yaşayış obyektlərinin fasadları müasir üslubda yenidən qurulub, binaların fasadları, hasarlar, müxtəlif dirəklər rənglənib, ətraf ərazilər iriqabaritli tullantılardan təmizlənib.
Rayonda yaşıllaşdırma işlərinin genişlənməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın "Hərəmiz bir ağac əkək" təşəbbüsünün də əhəmiyyəti danılmazdır. Onu da qeyd edək ki, respublikamızda 2010-cu ilin "Ekologiya ili" elan olunması ilə əlaqədar Suraxanıda 31 min ağac və dekorativ kol əkilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Ümumrespublika yaşıllaşdırma marafonu" çərçivəsində rayon ərazisində ağacəkmə kampaniyası davam etdirilib, marafon çərçivəsində 11 ümumrayon iməcliyi keçirilərək 7,4 mindən artıq ağac əkilib. Görülən işlər ekoloji tarazlığın bərpası, təbiətə töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirmək məqsədi daşıyır. Getdikcə vüsət alan ağacəkmə aksiyaları nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır, torpaq qatı münbitləşir, insanlar arasında təbiətə qayğı hissi təbliğ edilir.
Son illər əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə də bir sıra önəmli işlər görülüb. Belə ki, 2006-2012-ci illərdə rayonda müasir tələblərə cavab verən 12 yeni park, o cümlədən Heydər Əliyev parkı salınıb, 12-si isə yenidən qurularaq əhalinin istifadəsinə verilib.

Suraxanıda əhalinin sosial müdafiəsi gücləndirilir

Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələləri daim nəzarətdə saxlanır. Əhalinin Sosial Müdafiəsi Mərkəzində 2015-ci ilin 9 ayı ərzində 7496 nəfərə 4,57 milyon manatdan artıq sosial müavinət ödənilib, 2173 ailəyə 3,04 milyon manatdan artıq ünvanlı sosial yardım göstərilib, 218 nəfər tənha və əlil vətəndaşa evində sosial xidmət göstərilib, 58 nəfər imtiyazlı vətəndaş reabilitasiya mərkəzində və sanatoriyalarda istirahət ediblər. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən 27748 təqaüdçüyə xidmət göstərilib, bir nəfərə düşən orta aylıq təqaüdün məbləği rayon üzrə 194,5 manat təşkil edib. Rayon Məşğulluq Mərkəzinə işlə əlaqədar müraciət edən 992 nəfərdən 476 nəfəri işlə təmin olunub, 71 nəfərə işsiz statusu verilib, 71 nəfərə işsizlik müavinəti verilib, 44 nəfər peşə hazırlıq kurslarına cəlb olunub, rayonun ümumtəhsil məktəblərində 906 nəfər peşəyönümünə cəlb edilib. Cari ilin may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı ölkə başçısı İlham Əliyevin tapşırığı Suraxanı rayonunda müvəffəqiyyətlə icra edilib, rayon əhalisinin 67,4 %-i və 124 kollektiv tibbi müayinədən keçib, aşkarlanan xəstəliklər nəticəsində 6751 nəfər vətəndaş ambulator müalicəyə və 570 nəfər stasionar müalicəyə qəbul olunub, 704 nəfərin sağlamlığı bərpa edilib.
Qeyd edək ki, ötən dövr ərzində RİH-in təsdiq edilən tədbirlər planlarına əsasən, rayonda bir çox ictimai-siyasi tədbir keçirilib. Suraxanı rayonu Heydər Əliyev Mərkəzində müasir informasiya texnologiyaları tətbiq edilib, kitabxana, konfrans salonu, təlim kursları 7 ildən artıqdır rayon əhalisinə xidmət göstərir. Rayon rəhbərliyi daim çalışır ki, bu möhtəşəm Mərkəzin imkanlarından sakinlər daha geniş istifadə etsinlər. Bu günə qədər Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 56 mindən yuxarı yerli və xarici ziyarətçi tanış olub, Mərkəzin elektron kitabxanasının xidmətindən 15 minə yaxın istifadəçi faydalanıb, Mərkəzdə 2015-ci ilin 9 ayı ərzində 14 ümumrayon tədbiri, ümumtəhsil məktəblərində Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədilə açıq dərslər, yeni ailə quran 5 gənc ailənin nikah mərasimi keçirilib. Rayonda gənc nəslin sağlam böyüməsinə xidmət edən narkomaniyaya qarşı mübarizə həftəsi çərçivəsində "Gələcəyimizi qoruyaq" adlı və Ümumdünya QİÇS-lə mübarizə gününə həsr edilən tədbir keçirilib.
Sonda onu da əlavə edək ki, rayonda qeydə alınan inkişafla yanaşı, bəzi problemlər də mövcuddur. Rayonun Bahar qəsəbəsinin məhəllələrarası yolları təmirsiz vəziyyətdədir. Ümid edirik ki, yaxın zamanlarda adıçəkilən qəsəbənin yolları təmir olunacaq.
Günel CƏLİLOVA
Yazı Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ