Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Robert Sekuta Azərbaycanda əmək və sosial müdafiə sahəsindəki vəziyyətlə maraqlanıb

Image


Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüş olub. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından və müxtəlif sahələr üzrə həyata keçirilən əməkdaşlıqdan bəhs edib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkənin dinamik və hərtərəfli inkişafını stimullaşdıran siyasətinin uğurlu nəticələrini diqqətə çatdıran nazir hər bir ölkə vətəndaşının layiqli həyat və əmək şəraiti, sosial müdafiə sistemi ilə təmin olunmasının aparılan siyasətdə mühüm yer tutduğunu vurğulayıb: "Ötən dövrdə ölkəmiz BMT-nin "Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sına, qadınlarla, uşaqlarla bağlı konvensiyalarına, BƏT-in əmək və məşğulluq sahəsində 57 Konvensiyasına, Avropa Sosial Xartiyasına, Avropa Şurasının Sosial Birlik üzrə Strategiyasına və s. sənədlərə qoşulub. Ümumilikdə Azərbaycan əmək, məşğulluq, sosial müdafiə, demoqrafiya, miqrasiya və digər sahələrdə sivil və demokratik dəyərləri təbliğ edən bütün beynəlxalq sənədləri ratifikasiya edib. Milli hüquqlar sistemi beynəlxalq normalar əsasında daim təkmiləşdirilir. Ölkədə cəmiyyətin hər bir üzvü üçün hər hansı ayrı-seçkiliyə məruz qalmadan məşğulluq və peşə, sosial rifah xidmətlərindən yararlanma sahəsində bərabər imkanlar mövcuddur”.

S.Müslümov sosial cəhətdən həssas qrupların dövlət qayğısı ilə əhatə edilməsi üçün icra olunan sosial proqramları qeyd edib: "Əhalisinin sayı 9,7 milyona yaxınlaşan ölkədə 2,3 milyondan çox insanın dövlət tərəfindən birbaşa sosial təminatı həyata keçirilir. Dünyada iqtisadi böhran proseslərinin müşahidə olunmasına baxmayaraq, Azərbaycanda sosial-iqtisadi inkişaf davam edir. Məqsədyönlü dövlət proqramları ölkədə iqtisadi fəal əhalinin 95 faizdən çox hissəsinin məşğulluğuna imkan yaradıb. Uğurla aparılan iqtisadi şaxələndirmə siyasəti, qeyri-neft sektorunun, sahibkarlığın dəstəklənməsi əmək bazarında sabitliyin qarşıdakı dövrdə də davam edəcəyinə əsas yaradıb”.

Nazir, həmçinin əməyin ödənilməsində müsbət dinamikanın təmin edildiyini, orta aylıq əməkhaqqının son 12 ildə 5,6 dəfədən çox, bu ilin 11 ayında 4,6 faiz artdığını bildirib.

Gənclərin məşğulluğu, sosial cəhətdən həssas qruplar üçün inkluziv əmək bazarının yaradılması sahəsində görülən işləri diqqətə çatdıran S.Müslümov son illərdə əmək və sosial müdafiə sisteminin müasir və innovativ, şəffaf iş mexanizmləri əsasında qurulması üçün aparılan islahatlar barədə də məlumat verib: "Ötən il Azərbaycanda tətbiqinə başlanılan əmək müqavilələri üzrə elektron informasiya sistemi dünyada uğurlu təcrübələrdən biri kimi qarşılanıb. Elektron qeydiyyat sistemi əmək bazarına obyektiv və birbaşa nəzarətin həyata keçirilməsinə imkan verməklə, ən başlıcası, işçi hüquqlarının səmərəli müdafiəsi üçün mühüm vasitədir. Cəmiyyətdə bu sistemə böyük marağın nəticəsidir ki, təkcə bu ilin 11 ayında vətəndaşlar həmin sistemdən 1 milyon 829 min dəfəyə qədər faydalanıb. Yeri gəlmişkən, əmək müqavilələri üzrə elektron informasiya sistemində qeydiyyatda olanların 150 nəfəri ABŞ vətəndaşlarıdır”.

S.Müslümov Azərbaycanla ABŞ arasında əmək və sosial müdafiə sahəsində müəyyən layihələr çərçivəsində əlaqələrin mövcud olduğunu, bu sahədə sistemli əməkdaşlığın formalaşdırılması üçün müvafiq işlərin aparılmasının məqsədyönlü ola biləcəyini bildirib.

R.Sekuta əvvəlcə "Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində insan itkisi ilə əlaqədar başsağlığı verib. O, ABŞ hökumətinin belə qəzaların aradan qaldırılmasında təcrübəsinin olduğunu və bu sahədə əməkdaşlığın əhəmiyyətli ola biləcəyini qeyd edib.

Səfir ölkəmizdə sosial cəhətdən həssas qruplara diqqət və qayğı göstərilməsi, o cümlədən insan alveri qurbanlarının sosial müdafiəsi, uşaq əməyindən qeyri-qanuni istifadə hallarının aradan qaldırılması sahəsində görülən işlərlə maraqlanıb.

S.Müslümov nazirliyin tabeliyində İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyət göstərdiyini, mərkəz tərəfindən təkcə cari ilin ötən dövründə 57 nəfər insan alveri qurbanının və insan alverinin qurbanına çevrilmək riski olan 19 nəfər şəxsin maddi, tibbi, hüquqi, psixoloji və s. yardımlarla təmin edildiyini diqqətə çatdırıb. Nazir insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planına uyğun olaraq, aparılan işlər, bu mövzu ilə bağlı ictimai məlumatlandırma tədbirləri barədə də məlumat verib.

Azərbaycanda uşaq əməyi ilə bağlı milli qanunvericiliyin də beynəlxalq prinsiplər əsasında təkmilləşdirildiyini vurğulayan S.Müslümov ölkənin Əmək Məcəlləsinə əsasən, 15 yaşına çatmamış şəxslərin əmək, həmçinin onların həyat və sağlamlığına, mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunmasının qadağan edildiyini bildirib. O, aidiyyəti hökumət və qeyri-hökumət qurumları ilə əməkdaşlıq şəraitində aparılan işlərin müsbət nəticəsi kimi respublikada uşaq əməyindən qeyri-qanuni istifadə hallarının minimuma endiyini qeyd edib.

R.Sekuta, həmçinin əlilliyi olan şəxslərin reabilitasiyası yönündə ölkəmizdə məqsədyönlü işlərin aparıldığını, xüsusən Sağlamlıq İmkanları Məhdud Gənclər üçün Peşə Reabilitasiya Mərkəzinin fəaliyyətinin əhəmiyyətini, həmin mərkəzdə olaraq orada aparılan işlərlə yaxından maraqlanmaq istədiyini bildirib

Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2013-ci ilin dekabrında istifadəyə verilən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin həmin gənclərin peşə və ümumən sosial reabilitasiyasında mühüm rol oynadığını qeyd edın nazir mərkəzdə indiyədək artıq 640-dək sağlamlıq imkanları məhdud gəncin peşə reabilitasiyasına cəlb olunduğunu, onların mərkəzdə müxtəlif peşələrə yiyələnməklə bərabər, yataqxana, yemək, tibbi-fizioterapevtik xidmətlə də təmin edildiklərini diqqətə çatdırıb.

R.Sekuta Azərbaycanın əmək və sosial müdafiə sahəsində mütərəqqi dünya təcrübəsindən istifadəyə həmişə xüsusi önəm verilməsini, son illərdə respublikada əmək və sosial təminat sistemində aparılan islahatları yüksək dəyərləndirib. Səfir gələcəkdə iki ölkə arasında müvafiq sahədə əməkdaşlığın qurulması, fəal təcrübə və məlumat mübadilələrinin aparılması üçün onun tərəfindən səylər göstəriləcəyini vurğulayıb.

Görüşdə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ