2016-cı ilin mart ayından Gürcüstanda avtomobillərin qiyməti orta hesabla 30% artacaq, bundan başqa satılan avtomobillərin sayı, onların təkrar ixracı azalacaq. Bu barədə Gürcüstan Online saytı məlumat yayıb.
"Rezonans" qəzetinin fikrincə, hökumətin sağsükanlı avtomobillərinin qeydiyyatına qoyulan qadağa bu nəticələrə gətirib çıxaracaq, həm də daha ucuz Yapon avtomobillərinin idxalı tam dayandırılacaq.
Ekspertlər iqtisadiyyatın bu sahəsinin inkişafına təkan kimi yalnız yeni avtomobillərin idxalının stimullaşmasını görürlər, çünki bu addım vəziyyəti nisbətən tarazlaşdıracaq və qiymətlərə mənfi təsir göstərməyəcək.
Məlum olduğu kimi, Azərbaycana 2005 ildən yuxarı olan avtomobillərin idxalına qadağa qoyulandan sonra avtomobillərin təkrar ixracı azalıb.
TRASEKA eksperti Gela Kvaşılava hesab edir ki, hal hazırda Gürcüstan parlamentinin yeni avtomobillərinin idxalını stimullaşdıracaq qərarının qəbul edilməsi vacibdi.